Politoloq: “Dünya dövlətləri terror təşkilatlarına qarşı mübarizə aparmalıdır” AÇIQLAMA

Politoloq: “Dünya dövlətləri terror təşkilatlarına qarşı mübarizə aparmalıdır” AÇIQLAMA

"Hesab edirəm ki, bütün dünya dövlətləri terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır və o zaman dünyada sülh bərqərar olar". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, terror təşkilatlarını ayrı-ayrı dövlətlərin gizlin şəkildə müxtəlif növ dəstəklər göstərməsinə şahid oluruq: "Rusiya da digər dövlətlər kimi PKK terror təşkilatını terrorçu bir təşkilat kimi tanıyıb və ümumilikdə dövlət olaraq öz fəaliyyətində terroru pislədiyini onunla birgə mübarizə aparılmasını dəfələrlə təklif edib. Bu yaxınlarda da biz şahidi olduq ki, Rusiya hərbçiləri "İŞİD" terror dəstəsinə ağır zərbələr endirdi. Bütün bu amilləri nəzərə alaraq bildirmək istəyirəm ki, Rusiya PKK-nın rəsmi nümayəndəliyini yaratmağa cəhd etməz və əgər belə bir addım atarsa, dövlətlər qarşısında nüfuzu çox aşağı düşər".

Bütün xəbərlər Facebook səhifəmizdə