Politoloq: “ABŞ-ın bütün şübhələrinə son qoyuldu” MÜNASİBƏT

Politoloq: “ABŞ-ın bütün şübhələrinə son qoyuldu” MÜNASİBƏT

ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti gələn ay Azərbaycanda baş tutacaq parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər.

SİA-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bununla da Amerika Birləşmiş Ştatlarının bütün şübhələrinə son qoyuldu: "Düşünürəm ki, ABŞ-ın gördüyü nəticələr özünü də heyrətləndirib. Çünki dünyanın ən böyük prezidentlərinin də bu cür yüksək nəticəsi olmayıb. Əgər bu sorğunu Azərbaycan şirkətləri keçirsəydi hər hansı bir şübhə yaranardı. Azərbaycan siyasi hakimiyyətinin sosial dayaqlarının nə qədər möhkəm olduğunun özləri əyani surətdə gördülər. İnanıram ki, bundan sonra Azərbaycan haqqında müxtəlif səpkili tənqidlərə, dedi-qodulara son qoyulacaq. Bundan sonra ABŞ-ın Azərbaycanla strateji münasibətləri normal inkişafı üçün heç bir problem olmayacaq. Sevindirici haldır ki, Amerika kimi böyük dövlətin Azərbaycanla münasibətlərin qaydaya düşməsi ölkəmiz üçün də, Amerika Birləşmiş Ştatlarının strateji maraqları üçün də əhəmiyyətlidir. Əsas odur ki, müstəqil rəy sorğusu Azərbaycanda əhalinin ictimai əhval-ruhiyyəsini obyektiv surətdə analiz etdi və düzgün qənaətə gəlindi".

Bütün xəbərlər Facebook səhifəmizdə