"Orduya ayrılan xərclər ildən-ilə daha da artırılacaq". Bu sözləri SİA-ya Açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O 2016-cı il dövlət büdcəsindən orduya ayrılan xərclərin üstünlük təşkil etməsini şərh edib. Ekspertin sözlərinə görə nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, hər an döyüşə hazır olmaq üçün lazımı addımlar atılacaq: "Ölkə başçısı ordunun hər an döyüşə hazır olması üçün müvafiq addımları atır. O, Nazirlər Kabinetinin sonuncu iclasında da bildirdi ki, Azərbaycan dövləti ordu üçün lazım olan hər şeyi edəcək".
Üzeyir Cəfərov bildirib ki, orduya ayrılan xərclər ildən-ilə daha da artırılacaq: "Bu Prezident İlham Əliyevin həm silahlı qüvvələr üçün, həm silah-sursatın alınması üçün, həmçinin şəxsi heyətin sosial qayğılarının artırılması və onların həyat şəraitinin yaxşılaşdırılması üçün atdığı addımlardan biridir. Azərbaycan indiki vəziyyətlə barışmayacaq və işğal altında olan torpaqları azad edəcək. Bunun üçün heç bir tədbir əsirgənməyəcək. Keçirilən təlimlər də bunu əyani şəkildə göstərir. Bu təlimlərdə 65 min şəxsi heyət, 700 ağır texnika, döyüş helikopteri və təyyarələr iştirak edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB