Cari ilin noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bülletenlərin çap edildiyi Milli Məclis Aparatının mətbəəsinə baş çəkib, görülən işlərlə tanış olub.
MSK sədri söyləyib ki, bülletenlər səsverməyə 10 gün qalana qədər tam çap olunmalıdır.
Onun sözlərinə görə, 125 seçki dairəsi üzrə ümumilikdə 5 milyon 344 min 431 səsvermə bülleteni çap olunacaq ki, bu da seçicilərin sayından 3 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB