2015-ci il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar olaraq namziədlərin seçicilərlə görüşləri davam edir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlunun bu gün Abşeron rayon Mədəniyyət Mərkəzində seçiciləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, namizədlə görüşdə Laçın rayonundan olan ziyalılar, ictimaiyyət nümayəndələri, Laçın rayonundan olan ağsaqqallar şurasının üzvləri, veteranlar iştirak edib.
Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start verilib.
YAP-ın Laçın rayon təşkilatının sədri Aqil Nəzərli tədbiri açıq elan edərək bildirib ki, Abbaszadə Mahir Tapdıq oğlu YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi qeyd alınıb. O, hər kəsi noyabrın 1-də məntəqələrə gələrək Mahir Abbaszadəyə səs verməyə çağırıb.
Abbaszadə Mahir Tapdıq oğlunun vəkili Qəzənfər Hüseynov isə namizədin bioqrafiyası haqqında ətraflı məlumat verib. Vəkil qeyd edib ki, M.Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunda anadan olub: "1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Beynəlxalq Bankın Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib xəzinə müdiri, 2004-cü ildən həmin filalın müdiri işləyir. Elmi fəaliyyəti: 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komisyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2014 cü ildə AMEA-nın İqdisadiyyat institutunun doktoranturasına qəbul olub. Hazırda təhsilini davam etdirir. 1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir".
YAP-ın namizədi 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlu seçiciləri qarşısında çıxış edərək növbəti illər üçün platformasından danışaraq, seçiciləri seçki günü daha fəal olmağa çağırıb. O, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verib və və seçicilərinin etimadına əzmlə çalışacağına söz verib.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində bir yumruq kimi birləşəcəklərini söyləyərək Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildiriblər. Onlar noyabrın 1-də Abbaszadə Mahir Tapdıq oğlunun deputat seçilməsi çağırışı ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB