Oktyabr ayının 12-də Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı Ağcabədi seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd irəli sürülmüş Rzayev Tahir Musa oğlu rayonun Şahsevən və Köyük kəndlərinin seçiciləri ilə görüşü keçirilmişdir.
Keçirilən görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq cari ilin noyabr ayında keçiriləcək Parlament seçkilərində əvvəllər də bu dairədən deputat seçilmiş Tahir Rzayevin yenidən YAP tərəfindən namizəd irəli sürüldüyünü və buna görə də seçicilərlə görüşə gəldiyini bildirərək görüşü açıq elan etdi. Rövşən Əhmədov ölkəmizin dinamik inkişafından, aparılan düzgün daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq ölkə əhalisinin maddi rifah halının yüksəlməsindən söhbət açaraq dünyada iqtisadi və siyasi böhranın dərinləşdiyi bir dövrdə növbəti parlament seçkilərinin ölkəmiz üçün xüsusi önəm daşıdığını vurğulyaraq T.Rzayevin deputat kimi fəaliyyəti dövründə özünü doğrultduğunu, qanunların qəbul edilməsində və əhalinin sosial-iqtisadi problemlərinin parlamentdə qaldırılmasında həmişə fəallıq göstərdiyini qeyd edərək, onun həm də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, ölkəmizi xaricdə və Beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etdiyini, 20-dən artıq kitabın müəllifi olduğunu və filologiya üzrə fəlsəfə doktoru olduğunu diqqətə çatdırdı.
Deputatlığa namizəd Tahir Rzayev çıxış edərək, etimad göstərərək onun yenidən deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan partiyasının rəhbərliyinə və bütün YAP-çılara öz minnətdarlığını bildirdi.
Tahir Rzayev həmişə öz seçicilkərinin arasında olduğunu onların qaldırdığı hər bir məsələyə həssaslıqla yanaşdığını, hətta müraciət edən seçicilərin şəxsi müraciətlərinin həlli üçün əlindən gələni əsirgəmədiyini qeyd etdi.
Natiq builki Parlament seçkilərinin xüsusi önəm daşıdığını bildirərək son dövrlər demokratiya pərdəsi altında güc dövlətlərinin təbii sərvətlərlə
zəngin ölkələrin işinə müdaxilə edərək, həmin ölkələrdə hərcmərclik, ixtişaşlar və vətəndaş müharibəsi törədərək, insanları bir-birinə qırdırdıqlarını, öz çirkin niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atdıqlarını, bir sıra Beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının son dövrlər Azərbaycana qarşı qərəzli mövqeyi buna əyani bir misal olduğunu seçicilərin nəzəriunə çatdırdı.
O qeyd etdi ki, ona görə də biz müstəqil, kimlərinsə diqtəsindən kənar, Azərbaycan xalqının mənafeyi və Dövlətçiliyinin möhkəmlənməsinə, işğal altında olan torpaqlarımızım qaytarılmasına hesablanmış siyasət yürüdən Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməli, bizi gözləri götürməyən qüvvələrə sübut etməliyik ki, xalqla Prezident yekdildir.
Görüşdə seçicilər adından çıxış edən Şahsevən kənd sakini Əvəz Muradov Dövlətin həyata keçirdiyi siyasəti dəstəklədiklərini, Bəylər Quliyev kəndə əlavə artezian quyusu vurmağa kömək etməyi, Köyük kəndinin ağsaqqalı Əliş Bağırov seçicilər adından YAP-ın namizədi T.Rzayevə həmişəki kimi etimad göstərəcəklərini bildirmişdir. Kənd sakini Cahid Bağırov çıxış edərək həmin kəndlərə qazın çəkilməsini, yüksək tələblərə cavab verən asfalt yolun salınmasını, müasir tələblərə cavab verən yeni məktəb binasının tikilməsini müsbət dəyərləndirmiş, yeganə problemləri olan içməli və suvarma suyuna olan təlabatın yaxşılaşdırılması üçün kömək etməyi xahiş etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB