Arzu Nağıyev: “Hesabatlar kağız parçasından başqa bir şey deyil”

Arzu Nağıyev: “Hesabatlar kağız parçasından başqa bir şey deyil”

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin erməni silahlı bölmələrinin intensiv atəşi nəticəsində ziyan dəymiş evlərə baxış keçirib, yerli sakinlərlə görüşməsi hesab etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllli istiqamətində hansısa irəliləyişə gətirib çıxarsın". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi birinci dəfə deyil ki, belə monitorinq keçirir: "Onun əsas işi məruzəni hazırlayıb təqdim etməkdir. Hansı qərarın qəbul ediləcəyi təbii ki, bu məruzədən də asılıdır. Lakin son vaxtlar ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar və ya qərasızlıqlar göstərir ki, sülhdən başqa heç bir söhbət edilmir və hətta ərazi bütövlüyündən də danışılmır. Məlumdur ki, sərhəd bölgələrində mülki şəxslərə maddi ziyan dəyir, mal-qara və digər məişətə zərər toxunur. Hələ ki, bu hesabatlar kağız parçasından başqa bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə