Bu gün YAP Yevlax rayon təşkilatı təbliğat qrupunun üzvüləri yeni Azərbaycan Partiyasının Yevlax şəhəri üzrə namizədlərinin şəkillərini şəhərin 57 məntəqə ərazisində yerləşən xüsusi təbliğat lövhəsinə yerləşdirdilər. 48 saylı Yevlax Seçki Dairəsindən deputatlığa Namizəd İlham Məmmədov, 49 saylı Yevlax-Mingəçevir seçki Dairəsindən deputatlığa namizəd Əli Hüseyinlinin təşviqat materialları artıq şəhərin bütün məntəqələri ərazisində görmək mümkündür. Kompanyada 20-dən artıq gənc iştirak edirdi.

Sonra Yeni Azərbaycan Partiyasının Namizədi İlham Məmmədovla YAP Yevlax rayon təşkilatı təbliğat qrupu üzvülərinin görüşü keçirildi. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra görüş YAP Yevlax rayon təşkilatının inzibati binasında davam etdirildi. Yeni Azərbaycan Partiyasının 48 saylı DSK-a üzrə olan nazmizədi İlham Məmmədov təbliğat qrupunun üzvülərinin təbliğatın aparılması üçün lazımı tövsiyyə və tapşırıqları verdi. Sonra görüş yerləri müzakirə olundu. Görüş keçiriləcək ərazilər üzrə təbliğat qrupunun üzvləri arasında iş bölgüsü aparıldı.
Şıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, namizəd İlham Məmmədovun vəkili Əminə Yusif qızı qeyd etdi ki, bütün seçkilərdə olduğu kimi bu il Parlament seçkilərində də yevlaxlılar böyük fəallıqla YAP-ın namizədini dəstəkləyəcəklər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB