"Səudiyyə Ərəbistanında baş verən məlum hadisələrə səbəb təhlükəsizlik sisteminin normal şəkildə yaradılmamasıdır". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev açıqlamasında deyib.
Onun sözlərinə görə, Həcc ziyarətinə gedən zəvvarların təhlükəsizliyi yüksək səviyyədə qorunmalıdır: "Həcc ziyarətində təxminən 2-3 milyon, bəzən isə çox zəvvar iştirak edir. Onların təhlükəsizliyinin yüksək səviyyədə qorunması üçün ölkə tərəfindən lazımı şərait yaradılmalıdır. Məkkədə baş verənlər ilk növbədə Üsamə Bin Laden ailəsinə məxsus kranın uçması ilə başladı.Sonra Kral oğlunun kartejinin iki zəvvarın arasından keçməsi baş verdi. Eləcə də mehmanxanada olan yanğınla bağlı bir çox fikilrər irəli sürüldü. Bir sözlə deyə bilərik ki, bütün bunlar Səudiyyə Ərəbistanda təşkilatçılığın, təhlükəsizliyin yetərli səviyyədə olmaması üzündən baş verdi. Əvvəllər təhlükəsizliklə bağlı məsələlər alman, eləcə də digər şirkətlər tərəfindən həyata keçirilirdi. Görünür bu dəfə təhlükəsizlik sistemində müəyyən problemlər olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB