Politoloq: “Ermənistan mövcud gücünü itirib” AÇIQLAMA

Politoloq: “Ermənistan mövcud gücünü itirib” AÇIQLAMA

"Qondarma Ermənistan rejiminin rəhbəri Edvard Nalbandyan bəyan edib ki, Azərbaycan öz büdcəsini 30 dəfə artıb. Bununla da Azərbaycan qırmızı xətti keçib". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloq bildirib ki, artıq Ermənistan reallığı çox gözəl dərk edir: "Sadəcə olaraq bu həqiqətlərin etiraf olunması məsələsi var. Ermənistan ictimaiyyəti Azərbaycandakı inkişafı görür. Təbii ki, erməni rəsmilərinin bunu etiraf etməmələri anlaşılandır. Amma erməni əhalisi öz ölkələrindəki vəziyyəti də, Azərbaycandakı davamlı inkişafı da çox yaxşı görür və müqayisə edirlər. Hətta bir zamanlar Ermənistanda sosial narazılıqlar partlayış həddinə çatmışdı və bir qrup ermənilər "İstəyərik ki, Azərbaycan vətəndaşı olaq" deyə bildirirdilər. Çünki Azərbaycanda həyat səviyyəsi kifayət qədər yüksəkdir. Bu gün Ermənistan rəsmisindən bu cür fikirlərin səsləndirilməsi artıq ondan xəbər verir ki, mövcud güclərini belə itiriblər və Dağlıq Qarabağ ərazisinin mövcudluğunu saxlamaq iqtidarında deyillər. Ona görə də biz tez-tez belə analoji ifadələrə rast gələcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə