“Səudiyyə Ərəbistanı ilə razılaşma əldə olunmalıdır" AÇIQLAMA

“Səudiyyə Ərəbistanı ilə razılaşma əldə olunmalıdır" AÇIQLAMA

"Səudiyyə Ərəbistanında baş verən məlum hadisələr çox ağır bir faciədir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, sözügedən faciə İslam dünyası üçün ağır zərbədir: "Çünki Həcc ziyarəti zamanı xeyli sayda insanın ölümü təbii olaraq hamıya çox mənfi təsir edib. Hesab edirəm ki, burada söhbət heç də terror hadisəsindən getmir. Əsas məsələ təşkilatçılığın lazımi səviyyədə olmaması ilə bağlıdır. Ümumiyyətlə belə bir faciələr bundan qabaq da baş vermişdi. Düşünürəm ki, bu proseduru daha yaxşı təşkil etmək lazımdır. Təbii ki, Həcc ziyarətində olan bütün İslam ölkələri də Səudiyyə Ərəbistanı ilə müvafiq razılaşma əldə etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə