Mübariz Qurbanlı: “Prezidentin təbriki cəmiyyətimizdə tolerant ənənələri gücləndirir”
"Ölkəmizdə humanizm, xeyirxahlıq və mərhəmət duyğularının rəmzi olan müqəddəs Qurban Bayramının yüksək səviyyədə qeyd edilməsi xalqımızın öz tarixi kökünə və milli dəyərlərinə sıx bağlılığının göstəricisidir". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı Qurban Bayramı ilə əlaqədar fikirlərini bölüşərkən deyib.
Mübariz Qurbanlı bildirilb ki, Azərbaycanda Qurban Bayramı hər il dövlət səviyyəsində qeyd olunur: "Ölkə Prezidenti İlham Əliyevin xalqa bayram təbriki bir daha bunu deməyə əsas verir. Dövlət səviyyəsində bayramın qeyd olunması və Prezidentin ənənəvi xarakter daşıyan təbrikləri cəmiyyətimizdə milli birliyi möhkəmləndirir, mənəvi həmrəyliyi, tolerant və multikultural ənənələri daha da gücləndirir".
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda əhalinin 96%-ni müsəlmanlar təşkil etsə də digər dinlərə də eyni münasibət, hörmət və rəğbət mövcuddur: "Bütün bunlar ölkəmizin tolerant ənənələrə sədaqətli olduğunu göstərir. Xalqımızı Müsəlman-Türk dünyasının müqəddəs bayramlarından olan Qurban Bayramı münasibəti ilə təbrik edir, Allah dərgahında kəsilən qurbanlarının qəbul olunmasını arzulayıram".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB