Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında noyabr ayının 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar partiyanın namizədi üçün imzatoplama kompaniyası uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, YAP Qax rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Nizami Əhmədov 10 nəfərdən ibarət imza toplayan fəallarla görüşərək imza vərəqələrini təqdim edib.
Yeni Azərbaycan Partiyası namizədinin qeydiyyata alınması üçün imzatoplama kompaniyası seçicilər tərəfindən maraq və həvəslə qarşılanır. Partiyamızın namizədinə verilən imzalar xalqımızın Yeni Azərbaycan Partiyasına olan inam və etibarından irəli gəlir. Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi, gücü bu kompaniyada da özünü biruzə verir. Heç kimə sirr deyil ki, Yeni Azərbaycan Partiyası noyabr ayının 1-də keçiriləcək Milli Məclisə seçkilərdə parlaq qələbə qazanaraq Azərbaycanın yeganə və mütəşəkkil siyasi qüvvəsi olduğunu bir daha sübüt edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB