Ekspert: “Ermənistanda xalq müharibə şəraitində yaşamaqdan bezib” AÇIQLAMA
"Bu gün Ermənistanda baş verən proseslərin çox dərin kökləri var. Əsas səbəbi Serj Sarkisyan rejiminin, "Qarabağ klanı"nın Ermənistanda qeyri-leqitim olmasıdır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov sentybarın 24-də Ermənistanda planlaşdırılan izdihamlı aksiyaya münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, bu gün xalq tərəfindən Ermənistan hakimiyyətinə heç bir dəstək yoxdur: "Məlumdur ki, xalq tərəfindən dəstək olmayan heç bir hakimiyyət, rejim uzun müddət davam edə bilməz. Biz gələcəkdə də rəsmi İrəvanda bu gərginliyi müşahidə edəcəyik. Ermənistan nəinki insan hüquqları və demokratiya sahəsində, həm də iqtisadi azadlıqlarına qarşı gedən bir dövlətdir. Bu mənada biz orada böhranın davam etməsini gözləyirik".
T. Vahabov əlavə edib ki, Ermənistan dövləti Azərbaycan torpaqlarının işğal olunmasını özlərinin platforması hesab edir: "Artıq xalq, erməni vətəndaşlarının da çoxusu bundan bezib. Onlar müharibə şəraitində yaşamaqdan təngə gəliblər. Bu gün Ermənistanın iqtisadi vəziyyəti çox bərbaddır və bu, uzun sürə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB