Xordi Huklun (İspaniya) başçılıq etdiyi AŞ PA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.
Məlumata görə, nümayəndə heyətinin üzvləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişini qiymətləndirəcəklər.
Nümayəndə heyəti parlamentin spikeri, Azərbaycanın siyasi partiyalarının, eləcə də parlamentdə təmsil olunmamış müxalif partiyaların liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.
AŞPA nümayəndə heyəti səfərin yekunu üzrə bəyanat verəcək. Nümayəndə heyətinin tərkibinə, həmçinin Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Bağış (Türkiyə) və AŞ PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Aqustin Konde daxil olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB