Milli Məclis qətnamə ilə əlaqədar qərar qəbul edib

Milli Məclis qətnamə ilə əlaqədar qərar qəbul edib

Xəbər verdiyimiz kimi, bu gün Avropa Parlamentinin Azərbaycan haqda qəbul etrdiyi qərəzli qətnamə ilə bağlı Milli Məclisin növbədənkənar plenar iclası keçirilib. SİA-nın məlumatına görə, müzakirələrdən sonra Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.

Qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.

Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.

Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə