Politoloq: “Buna ədalətsizliyin təbliğatçısı deyirlər” AÇIQLAMA

Politoloq: “Buna ədalətsizliyin təbliğatçısı deyirlər” AÇIQLAMA

"Hazırda Avropaya gəlmiş miqrantlardan insan alveri (cinsi istismar,bədən orqanlarının satılması,əməyin istismarı), narkotik vasitələrin satışı və digər işlərdə istifadə edirlər. Avropa Birliyinə daxil olan bəzi ölkələr həmin cinayətin iştirakçılarıdır". Bu fikirləri SİA-ya Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib.

Politoloq qeyd edib ki, miqrantlar Qərbin planlı şəkildə yaratdığı vəziyyətə görə məhz Avropaya üz tuturlar: "Həmin miqrantların gələcək taleyinin necə olacağından isə hər kəsin məlumatı var. Avropa Birliyinin və bəzi Avropa ölkələrinin bu kimi əməlləri yalnız "miqrantlar planı" ilə kifayətlənmir. Fikrimcə, insan hüquqlarından danışan bir təşkilat hansısa ölkə haqqında qətnamə qəbul edərkən ilk öncə öz nöqsanlarına baxmalıdır. Azərbaycan dövləti və xalqı beynəlxalq təşkilatlardan bir milyon qaçqın və məcburi köçkününün pozulmuş hüquqlarını təmin edilməsini tələb edir. Avropa Parlamentinin ədaləti haradadır?! Dünyanın ən ali orqanı olan BMT-nin 4 qətnaməsində Ermənistan hərbi birləşmələrinin işğal etmiş Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz boşaldılması tələb olunur. Ancaq hələ də bu 4 qətnamənin bir maddəsinə əməl olunmayıb. Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpasını deyil 5-6 nəfər cinayətkarın hüquqlarını tələb edir. Buna ədalətli olmaq yox ədalətsizliyin təbliğatçısı deyirlər".

Ramiz Alıyev onu da əlavə edib ki, dəfələrlə Avropa Birliyində fəaliyyət göstərən deputatlara Xocalı Soyqırımı ilə bağlı məlumatlar göndərsəm də cavab gəlməyib: "Bu da onların hansı insan hüquqlarından danışdıqlarının əyani sübutudur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə