Fazil Qəzənfəroğlu: “ABŞ-da baş verən hadisə qurulmuş ssenari idi” AÇIQLAMA
"2001-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarında baş verən hadisə onu göstərdi ki, bu qurulmuş ssenari idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Qəzənfəroğlu söyləyib.
Millət vəkili bildirib ki, bu hadisə Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki siyasəti izləmək və öz siyasətini dəstəklənməsi üçün qurulmuş bir plan idi: "İndi bəlli olur ki, Əl-Qaidə, İŞİD, Taliban da ABŞ tərəfindən müəyyən dərəcədə dəstəklənən, hazırlanan və gələcəkdə olan layihələrin icra olunmasına yönəlik fəaliyyətini istiqamətləndirən qurumlardır. Bu plan islamın vəhşi obrazını yaratmaq üçün ABŞ tərəfindən hazırlanan addım idi . 11 sentyabr hadisəsini də məhz buna görə gerçəkləşdirdilər. Amerikanın terrorizmə qarşı münasibətinin pis olduğunu söyləmək olmaz. Çünki sonradan ABŞ-ın terrorizmi necə dəstəklədiyi ortaya çıxdı. Ona görə də bu məsələdə hər hansı şəkildə ABŞ-da terror olduğu haqda söylənilənlər artıq inandırıcı səslənmir. Bununla da ABŞ böyük siyasət üçün maraqlarını və əhalisini qurban verməyə hazır olduğunu göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB