Maykl Foley: “İnşa olunan yeni binalar insanı valeh edir” MÜNASİBƏT

Maykl Foley: “İnşa olunan yeni binalar insanı valeh edir” MÜNASİBƏT

"Azərbaycanda olmamağım artıq 20 ilə yaxındır. Hazırda Bakıda olarkən gördüyüm dəyişikliklər müsbət mənada göz oxşayır". Bunu SİA-ya Almaniyanın Münhen Universitetinin professoru Maykl Foley deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərin Azərbaycanın hər yerində şahidi ola bilərik: "Bakıda ilk dəfədir ki, oluram. Şəhəriniz haqqında çox gözəl təəssüratlarım yaranıb. Yalnız ötən həftənin bazar günü Bakıda gəzmək imkanım oldu. Şəhər çox gözəldir. Burada inşa olunan yeni binalar insanı valeh edir".

Bütün xəbərlər Facebook səhifəmizdə