"Rusiya Ermənistana görə narahatdır". Bu sözləri SİA-ya siyasi ekspert Fikrət Sadıqov rusiyalı politoloq Sergey Markedonovun iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Sergey Markedonov məsələni sadəcə şərh edib və onun ifadəsində müəyyən qədər səhv cəhətlər var: "Təbii ki, Rusiya narahatdır. Rusiya sadəcə ondan narahatdır ki, hazırda Azərbaycan müharibəyə başlasa öz torpaqlarını şübhəsiz azad edə bilər. Rusiya bunu çox yaxşı dərk edir və yaxşı başa düşür. Lavrovun Bakıya gəlməsi əbəs yerə deyildi. Biz dəfələrlə qeyd etmişik ki, danışıqlar prosesi əbədi olaraq davam etməyəcək. Təbii ki, torpaqlarımızı azad etməyə həmişə hazırıq. Rusiyanı da narahat edən budur".
F.Sadıqov bildirib ki, Rusiya bu məsələdə ermənilərin taleyini düşünür. Dağlıq Qarabağda yaşayan erməni əsilli əhalini düşünür: "Digər reallıqda ondan ibarətdir ki, Rusiya indi hal-hazırda Azərbaycanın güclü dövlət olduğunu bildirir. Rusiya çalışır ki, bu məsələni müəyyən formata salmaq istəyir. O çalışır ki, Azərbaycanın torpaqları birinci mərhələdə boşalsın. Elə məhz buna görə də, Lavrovun Bakıya gəlişi təsadüfi deyildi. Rusiya bu prosesin başlanmasında maraqlıdır. Hazırda Serj Sarkisyan Putinlə görüşmək üçün Moskvaya yollanır.
Bütün bunların hamısı çox gərgin geosiyasi qarşıdurma fonunda baş verir. Bu özü-özlüyündə Rusiyaya da müəyyən təhlükə doğurur".
Qeyd edək ki, rusiyalı politoloq Sergey Markedonov çıxışlarının birində iddia etmişdi ki, rəsmi Moskva Dağlıq Qarabağ müharibəsinin başladılmasından çox narahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB