"Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu da beynəlxalq hüquq normalarının pozulması və Ermənistanın separatçı olduğunu bir daha sübut edir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.
Politoloq bildirib ki, bu cür yerləşdirmə regionda təhlükəsizlik və beynəlxalq hüquq normaları baxımından ziddir: "Yəni bir ölkənin ərazisində digər dövlət tərəfindən bu cür hərəkətə yol vermək qanunsuzdur. Bu Ermənistan tərəfinin işğalçı siyasətini davam etdirməsindən xəbər verir. Ermənistan bu cür addımlarla sülh danışıqlarına getməkdən uzaq olduğunu göstərir. Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsini tənzimləməsi məsələsinə birmənalı münasibət göstərmir. Dünya bu məsələdə ikili standartlar nümayiş etdirməkdə davam edir. Təbii ki, Azərbaycan tərəfi bu istiqamətdə cəhdlər göstərir. Lakin beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri də münaqişənin həlli və beynəlxalq hüquq normalarının gözlənilməsini təmin edilməsi istiqamətində hərəkətə keçməlidirlər. Təəssüf ki, bu gün biz bunu görmürük. Ona görə də biz öz cəhdlərimizlə bu məsələyə hər hansı formada təsir göstərməyə çalışmalıyıq. Düşünürəm ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri ilə işlər apara bilərik. Həmçinin beynəlxalq ictimaiyyətə daha yüksək çağırışlar etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB