"15 ildə Əli Kərimlinin yanından yüzlərlə hərəkatçı istefa verib. Bu gün də həmin proses davam edir. Bu illər ərzində əgər bir iki nəfər partiyaya qoşulan olurdusa, onlar da sonradan Əli Kərimlinin AXCP-ni necə bir diktator təfəkkürü ilə idarə etdiyini görüb yollarını onunla ayırırdılar". Bunu SİA-ya AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev Əli Kərimlinin ətrafının sürətlə boşalması tezliklə AXCP-nin süqutu ilə nəticələnəcəyi fikirlərinə münasibətini bildirərkən deyib.
"AXCP-dən istefa verənlərin böyük əksəriyyəti artıq bizim təşkilatın sıralarında yer alıblar: Çox güman ki, belə gedişlə biz sözün əsil mənasında cəmiyyətə yeni AXCP-ni təqdim etmiş olacağıq. Bununla da, Əli Kərimlinin sonu, yeni partiyamızın isə təməli qoyulacaq. Biz yaxın zamanda AXCP-ni öz şəxsi maraqlarına qulluq edən Kərimlidən alacağıq. Bunu qarşımıza əsas məqsəd qoymuşuq"- deyə, E. Mehdiyev qeyd edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB