Əli Kərimlinin müşaviri AXCP-dən istefa verən gəncə hücum edib

Əli Kərimlinin AXCP-də yaratdığı antidemokratik şəraitə, onun özbaşına hərəkətlərinə etiraz edərək partiyanı tərk etmiş daha bir gəncə hücum olub. SİA-nın xəbərinə görə, AXCP-dən istefa verərək Razi Nurullayevin ətrafında birləşən Mikayıl Quliyev özünün "Facebook" hesabında yazıb ki, Nərmanov rayonu ərazisində evinə gedərkən, Əli Kərimlinin müşaviri İbrahim Məmməd ona yaxınlaşaraq Razi Nurullayevə qoşulduğu üçün onu təhqir edib: "Axşam saatlarında Nərimanov türk litseyinin qarşısında dostumla gedirdim. Bu zaman Əli Kərimlinin müşaviri Məmməd İbrahim mənə yaxınlaşaraq Razi Nurullayevə neçəyə satıldığımı soruşdu. O, Razi Nurullayevin ətrafındakı insanların ünvanına ağır təhqiramiz ifadələr işlətdi. Bundan sonra, "bəlkə səni ora kəşfiyyata göndərək" dedi. Mənsə "sənin kəşfiyyatçılarının kim olduqlarını bilirəm, qısa zamanda onları ifşa edəcəm" dedim. Bundan sonra o mənə "adamlarımın adını əgər hardasa çəksən sənə pis olacaq" dedi. Mənə hədə-qorxu gəldi. Bilirəm ki, Əli Kərimlinin qoçu dəstəsi var. Kim ona qarşı çıxırsa, həmin adamı döyürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...