Artıq parlament seçkilərinə 2 ay vaxt qalıb. Partiyalar seçkiöncəsi durumlarını təhlil edərək, seçkilərdə hansı namizədlərlə və hansı dairələrdə mübarizə aparacaqlarını müəyyənləşdirməyə çalışırlar. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının parlament seçkiləri ilə bağlı rayon şöbələrinin seçki qəragahlarında ciddi hazırlıq işləri aparılır.
Mehriban Abasquliyeva: "YAP-dan olacaq namizədlərin hər birinin qələbəsi bütövlükdə YAP-ın, Azərbaycan xalqının, Azərbaycan dövlətinin qələbəsi olacaq"
YAP Sabunçu rayon təşkilatının və parlament seçkiləri ilə əlaqədar təşkilatda yaradılmış Seçki Qərargahının sədri Mehriban Abasquliyeva qəzetimizə açıqlamasında vurğulayıb ki, təşkilatımız parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır və bunun nəticəsində bu seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlərin üstünlük təşkil edəcəyini artıq indidən demək mümkündür: "Qeyd etmək istyərdim ki, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının sədrlərinin parlament seçkilkəri ilə bağlı bu günlərdə keçirdiyi ümumrespublika müşavirəsində partiyanın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun bizlərə verdiyi tövsiyə və tapşırıqları, əldə edilən müəyyən qərarlarlar bizi qələbəyə daha da ruhlandırdı. çox möhtəşəmliklə keçirilib. Biz bir daha əmin olduq ki, təmsil olunduğumuz siyasi təşkilat məhz xalqın marağından çıxış edir və buna görə də xalqın dəstəyini qazanır. Daha öncə keçirilən prezident və bələdiyyə seçkilərində əldə edilən qələbələr də məhz bu əhəmiyyətli faktoru özündə ehtiva edir. Söz yox ki, biz də namizədlərimizin zəfər əldə edəcəyinə inanırıq. Çünki bizi xalq dəstəkləyir. Artıq kimsəyə sirr deyil ki, Azərbaycanda seçkilər yüksək səviyyədə və demokratiyanın bütün şərtlərinə cavab verən şəraitdə keçirilir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanıb. Əli Əhmədov da öz çıxışında önəmli məsələlərə toxunaraq deyib ki, nailiyyətin əldə olunmasının əsas kökü, səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamı ilə əlaqədardır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. O cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir. Xüsusilə regionların inkişafı ilə bağlı əldə olunan nailiyyətlər, gözümüzün qarşısında baş verən dəyişikliklər böyük əhəmiyyət kəsb edir. Regionların siması dəyişir, tamamilə yeni sahibkarlıq mühiti yaradılır. Bütün bunlar isə insanların ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləməsini şərtləndirən əsas amillərdir. Təbii ki, bu amillər keçirilən seçkilərinə seçicilərin rəyinin, qənaətinin formalaşmasına bilavasitə təsir edir. Belə olan halda YAP-ın namizədləri həm də dövlət syasətinə öz töhfələrni verə biləcək potensial qüvvədirlər. Xalq isə dövlətin daha da güclənməsi, qüdrətli olması üçün hakim partiyanın namizədlərinə dəsətək verəcək. Çünki ölkəmizdə eyni zamanda xalq-hakimiyyət sarsılmaz vəhdəti də mövcuddur.
İnanıram ki, parlament seçkilərində partiyanın bütün fəalları, gənclər seçki kampaniyasının gedişində yenidən öz töhfələrini verəcəklər. Nəticədə əldə olunan nailiyyət bizlərə növbəti sevinc, qələbə anlarını yaşadacaq. Mən indidən YAP-dan olacaq namizədlərə uğurlar arzu edirəm. Onların hər birinin qələbəsi bütövlükdə YAP-ın, Azərbaycan xalqının, Azərbaycan dövlətinin qələbəsi olacaq!
Muxtar Nağıyev: "YAP Azərbaycan cəmiyyətində yerinə, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir"
YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon Seçki Qərargahının sədrinin müavini Muxtar Nağıyev qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında parlament seçkiləri prezident seçkilərindən sonra ən mühüm məsələdir və demokratik cəmiyyətin inkişafının göstəricisidir: "1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilər hamısı çox yüksək səviyyədə başa çatıb. Çox aydın şəkildə hiss olunur ki, hər seçkidə seçicilərin fəallığı artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir. Beləliklə də, Azərbaycanın parlamenti dünyanın ən müasir parlamentləri səviyyəsinə qalxır. Bu, Azərbaycanda gedən iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni, intellektual inkişafın nəticəsidir. Demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə insanların seçkiyə getməsi, seçim etməsi, öz seçki hüquqlarını gerçəkləşdirə bilməsi üçün hər cür şərait mövcuddur".
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini onu da vurğulayıb ki, noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq hazırlıq işlərini uğurla davam etdirirlər: "Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi də parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini yüksək səviyyədə aparır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Ötən seçkilərin təcrübəsindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işini düzgün koordinasiya etməkdir".
M.Nağıyev, həmçini bildirib ki, ölkəmizdə mövcud olan siyasi ab-hava, dövlət başçısı İlham Əliyev Cənablarının siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, partiyamızın qələbəsini şərtləndirən əsas faktorlardır: "Məhz bu faktorlar onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçklərində də YAP parlaq qələbə qazanmaqla növbəti tarix yazmış olacaq".
M.Nağıyev, eyni zamanda seçkilərdə özünü doğrulda bilməyən, ictimai dəstəkdən məhrum olan müxalifət partiyalarının indidən parlament seçkiləri ilə bağlı əsası olmayan ittihamlar səsləndirməsini də cavablandırdı: "Müxalifətin məntiqsiz mövqeyi, bir qayda olaraq, missiya olubdur və iqtidarın gördüyü hər müsbət işi pisləmək onların adətidir. Bildiyiniz kimi, dağıdıcı, aqressiv, radikal müxalifət hər zaman boş danışıqlar ediblər və heç nəyə də nail olmayıblar. Çünki Azərbaycanda gedən prosesləri hər bir vətəndaş görür və get-gedə müxalifətin müxalifətçilik etməsi cəmiyyətdə maraq doğurmur. Onların boş fikirləri seçkilərin uğurla, müvəffəqiyyətlə keçməsinə heç vaxt mane olmayacaqdır. Bu bir reallıqdır ki, seçkilərin qalibi YAP olacaqdır. Çünki YAP-ın bütün uğurlu addımları xalqın və dövlətin rifahına hesablanıb. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq, dövlətin sabahı üçün seçki günü öz iradəsini ortaya qoyacaqdır. Seçicilər inandıqları millət, dövlət üçün bir vətəndaş məsuliyyəti yaşayan namizədlərə - YAP-ın irələi sürdüyü namizədlərə səs verəcəklər".
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB