Bu gündən etibarən artıq deputatların məzuniyyəti başa çatıb. SİA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.
"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.
Qeyd edək ki, Milli Məclisdə komitə iclaslarına sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclası isə sentyabrın 30-da olacaq. Bununla da Azərbaycan Parlamentinin V çağırışda son sessiyası baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB