Tural Abbaslı: "Partiyalardan uzaqlaşma ehtimalı olmayacaq" AÇIQLAMA
"Belə bir situasiya yaranarsa, həmin situasiyaya görə qərar verib addım atacağıq". Bu sözləri SİA-ya "Ağ Blok"un təmsilçisi Tural Abbaslı təmsil etdiyi blokun siyasi proseslərdə aktiv iştirak etməsinin nəticəsi kimi Müsavat Partiyasından uzaqlaşacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, "Ağ blok"seçki blokudur və burada hər hansı bir nümayəndənin mənsub olduğu partiya ilə heç bir münaqişəsi yoxdur: "Burada təmsil olunan namizədlər öz partiyaları ilə kəskin qarşıdurmaya getmir. Format sadəcə olaraq bundan ibarətdir. Yəni bu blok elə qurulub ki, nümayəndələrin partiyalardakı fəaliyyətinə mane olmasın. Bu seçki bloku parlament seçkiləri ərzində aktiv fəaliyyət göstərəcək. İki ay ərzində elə də bir dəyişikliyin olacağına inanmıram. Burada mən və ya digər nümayəndələrin mənsub olduğu partiyalardan uzaqlaşma ehtimalı olmayacaq. O ki, qaldı blokun seçkilərdən sonrakı fəaliyyətinə bu haqda danışmaq hələ tezdir. "Ağ blok"un seçkilərdən sonra fəaliyyət göstərib, göstərməyəcəyini və ya hansı formatda fəaliyyət göstərəcəyini, partiyalardan bloka qarşı münasibətin necə olacağı artıq başqa mövzudur. Hələlik isə belə bir qarşıdurma yoxdur. Olarsa zamana və situasiyaya görə dəyər verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB