Elşad Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verildi

Elşad Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verildi

Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə