Bu günə YAP Qubadlı rayon təşkilatının 2015-ci il Milli Məclisə seçkilərlə əlaqədar olaraq Seçki Qərargahının, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev iclasını açaraq vurğuladı ki, artıq parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının Aparatında 20 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında isə üzvlər arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, Seçki Qərargahının öz işini YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyyələri rəhbər tutaraq qurub. Natiq Qərargah üzvlərinin hər birinin məntəqələr üzrə görəcəyi işlərlə bağlı konkret tapşırıq və tövsiyyələrini verdi.
Təşkilat sədri qeyd etydi ki, bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasın qoyduğu siyasət cənab prezident, partiyamızın sədri İlham Əliyev tərəfindən uğurla aparılır.Və bu gün Azərbaycnda bizim hər birimizin öz seçicilərimiz qarşısında fəxarətlə danışacağımız böyük, uğurlu işlər görülüb.
Həmçinin əvəllki seçkilərin müsbət təcrübəsindən faydalanraq əldə edilmiş uğurlar bu seçkilərdə dahada artırılmalıdır.YAP Qubadlı rayon təşkilatı hər zaman olduğu kimi bu seçkilərdədə işin operativliyini təmin etmək üçün bütün imkanlardan maksimum istifadə edərək yüksək nəticələr əldə edəcəkdir.
Qubadlı rayon üzrə cəmi 24575 nəfər seçici 2 dairə üzrə, 28 seçki məntəqəsində səsvermədə iştirak edirlər. 22736 nəfər seçici 125 saylı Zəngilan –Qubadlı seçki dairəsi üzrə 26 məntəqədə,1839 nəfər seçici isə 120 saylı Cəbrayıl –Qubadlı seçki dairəsi üzrə 2 məntəqədə səsvermədə iştirak edirlər.
Qubadlı rayon seçicilərinin səsəvermədə iştirak etdiyi 28 məntəqədən 15-i Sumqayıt şəhərində,1-i Abşeron rayonunda,12 –si bakının rayonlarında yerləşir.
Rayon təşkilatı seçki prosesində bütün seçicilərin əhatə olunduğu bir kampaniya həyata keçirmək üçün hər bir məntəqə üzrə 100 və 10 nəfərə təhkim olunmuş, məntəqə üzrə fəal olan şəxslərin bir mərkəzdən idarə olunan kordinasiyasın yaratmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB