Ərdoğan: “Seçkiyə doğru sürətlə irəliləyirik” Türkiyə seçkilərə hazırlaşır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, təkrar seçkiyə doğru sürətlə getdiklərini ifadə edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Prezident iqamətgahında Bingöl, Bitlis, Diyarbəkir, Ərzincan, Hakkari, Iğdır, Malatya, Muş, Tuncəli, Batman, Şanlıurfa və Ankaradan gələn icra nümayəndələri ilə "Doqquzuncu Muhtarlar Konfransı" nda görüşüb. Hökumətin qurulması məsələsinə toxunan Ərdoğan, sürətlə seçkiyə doğru irəlilədliklərini vurğulayıb. Bundan başqa, o qeyd edib ki, lüzumsuz polemikalara yol açmamaq üçün bu istiqamətdə verilən suallara cavab verilməyəcək. İş bilməyənlər dərdlərini seçkidə millətə izah etməyə çalışacaqlar: "Savadları Beştəpə ilə məşğul olmaqdan kənara çıxa bilməyənlər millətimizin dərdinə dərman ola bilməz. Beştəpənin ünvanını bilməyənlərlə bizim zamanımızı xərcləyəcək vaxtımız yoxdur. Hazırda bu ölkədə xalq hökumətin qurulmasında çətinlik çəkir və bunun haradan gəldiyini görür. Bu məsələnin günahının kimdə olduğunu xalqım çox yaxşı görür və görəcək. Bunun əvəzini xalqım inanıram ki gələcəkdə çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB