Üzeyir Cəfərov: "“Voronej” Qəbələ RLS-i əvəz edə bilməz" AÇIQLAMA
"Rusiya Azərbaycanda "Voronej" adlı hərbi baza yaratsa belə o, Qəbələ RLS-in gördüyü funksiyanı yerinə yetirə bilməyəcək". Bu sözləri SİA-ya hərbi-ekspert Üzeyir Cəfərov Rusiyanın Azərbaycanda "Voronej" tipli hərbi baza yaratması ilə bağlı çıxan məlumatlara münasibət bildirərkən deyib.
Məlumatların dəqiq olmadığını deyən hərbi-ekspert söyləyib ki, Rusiyanın öz daxilində məsələ ilə bağlı təəccüb hissi keçirirlər: "Bu məlumatların hansı formada Rusiyanın Müdafiə Nazirliyindən "Zvezda" telekanalına çatdığı hələ məlum deyil. Çünki, Rusiyanın öz daxilində də Müdafiə Nazirliyi və həmin çevrəyə yaxın olan şəxslər bu məsələ ilə bağlı təəccüb hissi keçirirlər. Mən düşünmürəm ki, bu reallığa yaxın bir məsələdir. Əvvəla Rusiya Qəbələ radiolokasiya stansiyasından Azərbaycanın təklif etdiyi şərtlərlə razılaşmayaraq imtina etdi. Bununla bağlı nə Rusiya, nə də Azərbaycan rəsmiləri tərəfindən fikir səslndirilməyib. Rusiyanın belə bir aparıcı istəyi olsa belə "Voronej" tipli radiolokasiya stansiyası Qəbələ RLS-in gördüyü funksiyanı yerinə yetirmək iqtidarında olmayacaq. Əgər Qəbələ radiolokasiyası stansiyası 6 min kilometr məsafədən Hind okeanı da daxil olmaqla böyük bir ərazini əhatə edirdisə, bu "Varonej" tipli radiolokasiya stansiyası o qədər də böyük olmayan bir ərazini nəzarət altında saxlaya biləcək. Hansı ki, bu yalnız havadakı obyektlər, o cümlədən qurğularla bağlı məlumat verə bilər".
Ekspert məsələ ilə bağlı bir qədər səbirli davranmağa səsləyib: "Məlumat artıq ictimailəşdirilib. lakin məsələ ilə bağlı rəsmi heç nə yoxdur. Amma hər halda düşünürəm ki, yaxın perspektivdə reallaşması mümkün olmayacaq. Əlbəttə, nəzəri baxımdan mümkündür, lakin praktiki cəhətdən mümkün olmayacaq. Yəqin ki, yaxın zamanlarda məsələ ilə bağlı müəyyən aydınlıq gətiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB