“Leyla Yunusu müdafiə edənlərlə ermənilər arasında fərq yoxdur”

“Leyla Yunusu müdafiə edənlərlə ermənilər arasında fərq yoxdur”

"Leyla Yunusu müdafiə edənlərlə ermənilər arasında heç bir fərq yoxdur. Leyla Yunus erməni mövqeyindən çıxış etdiyi kimi, ermənilər də onu müdafiə edir. Leyla Yunusun adı üzərindən yalnız erməni xətti keçir. İndi bunu necə müdafiə edəsən? Gərək milli ləyaqətindən, vicdanından imtina edəsən ki, onu müdafiə edə biləsən. Düşmən olmaq üçün erməni olmaq lazım deyil ki. Elə içimizdəki ermənipərəstlər bu millətin ən böyük düşmənləridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Əhməd Vəliyev bildirib.

Onun sözlərinə görə, Leyla Yunus layiq olduğu cəzanı alıb: "Başqa dövlətlərə casusluq etmək heç kimə başucalığı gətirməz. İnsan şərəf və ləyaqətindən o dərəcədə məhrum olmalıdır ki, öz millətinə qarşı iş aparsın, düşmənlərimizdən pul alıb anti-milli kampaniyaya qoşulsun. Biz təmkinli olmalıyıq. Leyla Yunusun həbsinə görə Azərbaycana təzyiqlər edənlər bizi səbrdən çıxartmaq, hansısa aqressiv hərəkətlərə yol verməyimizi istəyirlər. Bir növ provokasiya yaradıb, növbəti şouya start vermək istəyirlər. Ancaq buna nail ola bilməzlər".

Bütün xəbərlər Facebook səhifəmizdə