Səfirlik jurnalistin qətlini siyasiləşdirmək cəhdlərini pislədi

Səfirlik jurnalistin qətlini siyasiləşdirmək cəhdlərini pislədi

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Almaniyada bəzi qüvvələrin jurnalist Rasim Əliyevin qətlini siyasiləşdirmək cəhdlərini pisləyən bəyanat yayıb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır: "Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb. Azərbaycanın hüquq-mühafizə orqanlarının jurnalistin ölümü hadisəsi ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istintaqın gedişatını nəzarətdə saxlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə