"Mənim namizədliyimin Müsavat Partiyası tərəfindən dəstəklənib-dəstəklənməməsi ilə bağlı məsələ onların verəcəkləri bir qərardır". Bu fikirləri qəzetimizə Müsavat funksioneri Tural Abbaslı partiyada namizədliyinin qeydə alınmamasına münasibətini bildirərkən deyib.
T.Abbaslı bildirib ki, əslində Müsavat rəhbərliyinin onun barəsində hər hansı bir qərar verməsi maraqlı deyil: "Bundan sonrakı mərhələdə mənim iştirakım nəzərdə tutulmur. Yəni qərar onlarındır və istədikləri qərarı verməkdə sərbəstdirlər. Ancaq mənim bu qərarla razılaşmağım daha çox mümkündür".
Seçkilərə Müsvatla deyil, yeni təsis edilən "Ağ Blok"la qatılacağını bildirən Tural Abbaslı orada Müsavat rəhbərliyindən fərqli olaraq, hadisələrə real qiymət verməyi bacaranların olduğunu deyib: "Düşünürük ki, artıq uzun illərdir, müxalifətin siyasi arenasında eyni simaların fəaliyyəti və uğursuzluq faktoru, seçicilərdə bir ümidsizlik, bir inamsızlıq yaradıb. Artıq illərdir ki, müxalifətdəki eyni insanlar xalqa dəyişilməz vədləri verir və ortada heç bir nəticə olmur. "AĞ Blok"un məqsədi həm də seçicilərə müxalifəətdaxili alternativləri təqdim etməkdir".
Tural Abbaslı Müsavat daxilində olan narazı qruplara AXCP-dən, KXCP-dən, "Ümid"dən olan narazıların da qatıldığını deyib. Qeyd edib ki, belə olan halda onlar həm də müxalifətdaxili avtoritar idarəçiliyə qarşı da öz etirazlarını bildirəcəklər.
Xatırladaq ki, Tural Abbaslı hələ Müsvatın qurultayından sonra partiyadaxili fraksiya yaradacağını bəyan etmişdi. O, məqsəd olaraq, bu vasitə ilə partiyadakı narazı qüvvələrə dəstək verməyi və başqanlığa qarşı öz etiraz səslərini ucaldacaqlarını demişdi.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB