Bu gün ölkə mətbuatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyev irsinin təbliğatı şöbəsinin ləğv olunması haqqında məlumatlar dərc olunub.
Məsələ ilə bağlı SİA-ya ekskluziv açıqlama verən AMEA-nın MEK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin məsul əməkdaşı Ruslan Kərimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin irsinin təbliği şöbəsinin işi 2014-cü ilin may ayına, yəni Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasının istifadəyə verilməsinə qədər köhnə kitabxananın rəflərində ədəbiyyatın yerləşdirilməsindən ibarət idi: "Bu səbəbdən Ümummilli Lider Heydər Əliyevə aid olan çap materiallarının diqqətə çatdırılması məqsədilə MEK-in yeni binasında ən dəyərli hesab olunan, bütün xarici qonaqların və yerli təşkilat və müəssisələrin nümayəndələrinin kitabxanaya gələrkən mütləq tanış olduğu Akademiklərin zalında, eləcə də sərgi salonunda nümayiş olunur.
Ulu Öndər Heydər Əliyevin irsinin sözün əsl mənasında təbliğinə gəldikdə isə R.Kərimov əlavə edib ki, MEK yeni rəhbərliyinin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın siyasi lideri olan və zəngin siyasi irsə malik olan şəxsinin təbliği Azərbaycan daxilində bir müəssisə və ya təşkilatlar şəbəkəsi çərçivəsində deyil, Azərbaycan informasiya məkanı ilə məhdudlaşmayan, müasir dünya informasiya məkanına inteqrasiya oluna bilən, dünya oxucuları və istifadəçiləri üçün əlçatan şəkildə, müasir və keyfiyyətli çap və elektron daşıyıcılarda hazırlanmış, dünya əhalisinin ən çox başa düşdüyü ən azı 3 dildə sistemli şəkildə aparılmalıdır: "Bu məqsədlə MEK-in inzibati binasının açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edildiyi kimi, hazırda kitabxana Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi üzərində çalışır. MRY layihəsinin əsas məqsədi Azərbaycanın siyasəti, tarixi, mədəniyyəti, arxeologiya və etnoqrafiyası, coğrafiyası, sosial - iqtisadi nailiyyətləri və digər sahələrə aid olan informasiyanın rəqəmsal şəkildə toplanıb sistemləşdirilməsi, onu tədqiqat və təbliğatı məqsədilə yerli və xarici təqdiqtaçılara və bütövlükdə geniş ictimaiyyətə təqdim etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB