Rövşən Rzayev: “Danışıqlar mütəmadi olaraq davam etdirilməlidir” AÇIQLAMA
"Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar yolu ilə təmin olunacaq". Bunu SİA-ya Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, intentsiv görüşlərin keçirilməsi rəsmi Bakı üçün çox vacibdir: "Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlər, həmsədrlər, xarici işləri nazirləri səviyyəsində gedən görüşlər mütəmadi olaraq davam etdirilməlidir. Bütün bunlar Azərbaycanın maraqlarına xidmət edir. Bu gün sülhdən uğurlu yol yoxdur. Bu sülh yolu, danışıqlar prosesi də dünya ictimaiyyətinə Ümummilli Lider Heydər Əliyev tərəfindən gəlib. Təbii ki, biz də bundan çox maraqlıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB