Natiq Qocayev: “Hədsiz dərəcədə sevincliyəm” AÇIQLAMA

Natiq Qocayev: “Hədsiz dərəcədə sevincliyəm” AÇIQLAMA

"Əgər əmək ən yüksək səviyyədə qiymətləndirilirsə, sözsüz ki, bunun təəssüratı da yüksəkdir". Bunu SİA-ya Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən, "mediainfo.az" xəbər agentliyinin baş redaktoru Natiq Qocayev deyib.

Baş redaktorun sözlərinə görə, o,18 ildən artıqdır ki, jurnalistika fəaliyyəti ilə məşğul olur: "Bəzən elə hallar olur ki, hissləri ifadə etməkdə söz aciz qalır. Bax, bu gün həmin anlardan biridir. Hədsiz dərəcədə sevincliyəm və dövlət başçımıza təşəkkürümü bildirirəm. Başda cənab Prezidentimiz olmaqla, mətbuat aləminin bütün aparıcı qüvvələrinə, oxucularımıza minnətdarlığımı bildirirəm. Ümumiyyətlə sevincimin həddi-hüdudu yoxdur. Bizim mətbuat aləmində o qədər güclü qələmə malik olan yazarlar, jurnalistlər var ki, əminəm ki, onların da əməyi zaman-zaman qiymətləndiriləcək. Çünki Azərbaycanda mətbuat azaddır. Hər kəs öz fikrini istədiyi və bildiyi kimi ifadə edir. Təbii ki, bu da dövlət başçısı tərəfindən (müxalifət-iqtidar olmasından asılı olmayaraq) yüksək səviyyədə qiymətləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə