Rəşad Məcid: “Bunun üçün hər birimiz cənab Prezidentə təşəkkür edirik!” MÜNASİBƏT

Rəşad Məcid: “Bunun üçün hər birimiz cənab Prezidentə təşəkkür edirik!” MÜNASİBƏT
"Prezident İlham Əliyev bizimlə görüşündə Mətbuat Şurasının fəaliyyətinin iqtidarla media arasında bir körpü rolu oynadığını qeyd etdi. Eyni zamanda müstəqil media haqqında cənab Prezidentin fikirləri bu sahənin ölkəmiz üçün nə qədər vacib olduğunu bir daha təsdiq etmiş oldu". Bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüş barədə danışarkən deyib.

Baş redaktor qeyd edib ki, Ölkə başçısının görüş əsnasında söylədiyi bütün fikirlər milli mətbuata göstərilən qayğının bariz nümunəsidir: "200-ə yaxın media nümayəndələrinin təltif edilməsi isə sözün həqiqi mənasında bizlər üçün ikiqat bayram oldu. Bu, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi diqqətin daha bir nümunəsi kimi yaddaşlara yazıldı. Bunun üçün hər birimiz cənab Prezidentə təşəkkür edirik!".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə