Bayram və istirahət günləri ilə əlaqədar olaraq iyunun 17-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq günün ikinci yarısından etibarən tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, nəqiyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB