XİN Qerman Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır

XİN Qerman Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır

Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır. SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə