Üzeyir Cəfərov: “Bako Saakyan kimilər dilənçiliklə məşğuldur” AÇIQLAMA

Üzeyir Cəfərov: “Bako Saakyan kimilər dilənçiliklə məşğuldur” AÇIQLAMA

"Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan kimi yaramaz adam dünyada separatimzə dəstək verənlərdən biridir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Bako Saakyanın Londona səfərinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, onun Londona dəvət edilməsi anlaşılmaz olaraq qalır: "Yaxşı olardı ki, Azərbaycan tərəfi bu kimi adamları İnterpol xətti ilə axtarışa versin. Çünki bu insanlar sözün həqiqi mənasında terrorizmə, separatizmə dəstək verən şəxslərdir. Bundan əlavə Dağlıq Qarabağ separatçı rejiminin keçmiş de-fakto "prezidenti" Arkadi Qukasyan da bir neçə dəfə Londona gedib-gəldi. Ondan başqa bu şəxs dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-a səfərlər həyata keçirdi. Əslinə qalsa orada heçnə həll olunmayıb. Onlar yalnız dilənçiliklə məşğuldur. Bu dilənçilik isə ondan ibarətdir ki, ölkədən kənarda olan erməni lobbisinin vasitəsilə özləri üçün 5-10 manat pul əldə etsinlər. Bu şəxslərə London tərəfindən heç bir dəstək olmayacaq. Onlar ancaq dilənmək və müxtəlif adlar altından marafon keçirməklə, fikir formalaşdırmaqla özlərinə pul qazanmağa çalışırlar. Biz sadəcə olaraq həm rəsmi Londona, həm də bütün dünya ölkələrinə müraciət ünvanlamalıyıq ki, speratizmə dəstək olanların ölkəyə daxil olmasına qadağa qoyulsun".

Bütün xəbərlər Facebook səhifəmizdə