Keçmiş müşavir AXCP-dən DANIŞDI

Zərifə Məhəddinova: “Bu xəbərə çox sevindim”
Keçmiş müşavir AXCP-dən DANIŞDI

"AXCP-dən çıxarıldığımı indi sizdən eşitdim". Bu fikirləri SİA-ya AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova təşkilat sıralarından çıxarılmasına aydınlıq gətirərkən deyib.

Zərifə Məhəddinova təşkilatdan çıxarılmasından xəəbərsiz olduğunu deyib və bildirib ki, əslində onun partiya sıralarından çıxarılmasına dair bir çox səbəblər var: "Yəqin ki, buna birinci səbəb ittihamlarımdır. Mən hələ o partiyada müşavir olarkən, Əli Kərimliyə qarşı öz iradlarımla çıxış edirdim. Görünür, buna görə də çıxarılmışam. Partiyadan çıxarılmağım və bunu sizdən eşitməyim mənim üçün çox gözəl xəbərdir".

Qeyd edək ki, Zərifə Məhəddinova hazırkı dövrə qədər yalnız müşavirlikdən çıxarıldığını sanıb və AXCP sıralarında sıravi cəbhəçi kimi qaldığını ehtimal edib.

Həsən Kərimov: "Onun haqqında danışsam, təhqir edəcəm"

Sözügedən məsələni dəqiqləşdirmək məqsədilə, partiya sədrinin müavini Həsən Kərimova müraciət etdik. O, Zərifə Məhəddinova haqqında danışmaq ismədiyini bildirib: "Mən bu qadın haqqında heç nə danışmaq istəmirəm. Danışsam, məcbur olub onu təhqir edəcəm. Buna görə də onun bizim haqda hər hansı bir fikrinə şərh vermək istəmirəm. Zərifə Məhəddinova müşavirlikdən çıxarıldığı zaman təşkilat sıralarından da çıxarılıb. AXCP üzvü kimi qaldığını iddia etməsi absurd fikirdir. Getsin öz işləri ilə məşğul olsun".

Xatırladaq ki, hazırda xaricdə yaşayan Zərifə Məhəddinova bir neçə gün öncə AXCP sədrinin keçmiş müşaviri Əli Kərimlini və ətrafını təhqir edərək, onların potensiallarının heç mal-qara otarmaq üçün də yetərli olmadığını deyib və qeyd edib ki, hazırda onlarla bir yerdə fəaliyyət göstərmədiyinə görə özünü məmnun hiss edir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə