Baş direktor: “Sabah 29 minə yaxın tamaşaçının iştirakını gözləyirik”

Baş direktor: “Sabah 29 minə yaxın tamaşaçının iştirakını gözləyirik”

"Bu gün cüdo üzrə yarışlar başlayır. İnanırıq ki, gözəl yarışlar keçiriləcək". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq söyləyib. Bildirib ki, bu gün sahibini tapacaq medalların sayı çoxdur: "Hesab edirəm ki, bunun da medal cədvəlinə təsiri olacaq. Dünən "Bakı 2015"in rəsmi saytına 6 milyon insan daxil olub. Bu da gündə 23 faiz artım olması deməkdir. Düşünürəm ki, qarşıdakı günlərdə bu say daha da artacaq. Xüsusilə diqqətinizə çatdırım ki, dünən çimərlik futbolu üzrə ilk yarış baş tutub. Həmin yarışları izləyən tamaşaçılar arasında mən də var idim. Yarış məkanı olduqca gözəl hazırlanmışdı. Bu da hazırlıqların yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu gün voleybol üzrə yarımfinal keçiriləcək. Azərbaycan və Türkiyə qarşılaşacaq. Sabah isə keçiriləcək oyunlarda təxminən 29 minə yaxın tamaşaçının iştirak etməsini gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə