Elşən Musayev: “Onların xəmiri, mayası bir yerdən yoğrulub” AÇIQLAMA
"Ümumiyyətlə "Milli Şura"nın keçmiş rəhbəri Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı sərgilədiyi mövqe Əli Kərimli və Cəmin Həsənlinin mövqeyi ilə eynidir. Hesab edirəm ki, burada təəccüblənəcək heç bir şey yoxdur". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Milli Şura"nın keçmiş rəhbəri Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı mövqeyinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, sözügedən insanlar hər zaman ermənipərəst mövqedə olublar və onları müdafiə ediblər: "Ümumiyyətlə, C.Həsənli, R.İbrahimbəyov, Ə.Kərimli elə tipajlardır ki, öz vətənini satmaq üçün hətta şeytanla da ittifaqa gedərlər. Yəni satqınlıq bunlarda bir ənənə halını alıb. Hətta Əli Kərimli öz liderini satıb. Məhz bu mənada onların hansısa hərəkətləri təəccüblə qarşılanmamalıdır. İkincisi, İbrahimbəyovun Azərbaycandan çox erməniyə aidiyyatı var. Bu şəxs Azərbaycandan çox Ermənistana həsr olunub. Hətta bu adamın çəkdiyi kinolarda belə, öz vətənindən tamam uzaq personajlar əks olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB