Mehriban Əliyeva: "Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir"

Mehriban Əliyeva: "Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir"

"Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqının təbrik edirəm. Bu gün Avropanın tarixİndə yeni səhifə yazılır".SİA-nın məlumatına görə, bunu bu gün birinci Avropa Oyunlarının açılış mərasimində "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.

Birinci xanımın sözlərinə görə, Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir: "Məhz alovlanan məşəl hamımızı bir araya gətirir. Azərbaycan zəngin tarixə, mədəniyyətə malikdir. Bu il biz Avropa Oyunlarını qəbul edirik. Müstəqil dövlət kimi biz gəncik. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş olub. Mən həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə