Nazir müavini: “Kampaniya mərkəzləşmiş şəkildə həyata keçirilir” AÇIQLAMA
"İlk Avropa Oyunları ilə Azərbaycan növbəti dəfə dünyaya nümayiş etdi ki, ölkə güclüdür və stabil dövlətdir". Bunu SİA-ya Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan elə bir dövlətdir ki, ən güclü dövlətlər belə ölkəmizi öz tərəf müqabili görmək arzusundadılar: "Çünki Azərbaycan artıq özünün stabil partnyor imicini formalaşdırıb. Yəni öz üzərinə götürdüyü məsuliyyəti hər zaman yüksək səviyyədə icra edib. Azərbaycan dövlət olaraq hər zaman çalışıb ki, düzgün səmimi oyunun şərtləri ilə öz siyasətini həyata keçirsin. Amma çox təəssüf ki, hər zaman olduğu kimi, Azərbaycanda hər hansı bir uğurlu layihə həyata keçirildikdə avtomatik olaraq dövlətimizi istəməyən qüvvələr (istər xaricdən, istərsə də ölkə daxilindən) fəallaşır. Hər kəs də bilir ki, bu "qara-piar" kampaniyası mərkəzləşmiş şəkildə həyata keçirir. Çünki biz bir-birinə oxşayan mesajlar, bəyanatların şahidi oluruq. Hiss edirsən ki, araxada bir "dirijor" var və onu istiqamətləndirir. Ümumiyyətlə Azərbaycan gəncliyinin sosial şəbəkələrdə fəallığı və s. ölkəmizi sevən insanların sayını daha artırıb. Əminəm ki, bu dəfə də bizləri istəməyən qüvvələrin arzuları puç olacaq. Beləcə, Azərbaycanda bu tədbir yüksək səviyyədə həyata keçiriləcək. Qarşıdakı digər illərdə isə bizi növbəti uğurlu layihələr gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB