Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Azərbayan xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulandı və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə