Gülnar Əmiraslanova: “İlk Avropa Oyunları ölkəmizin dünya miqyasında mövqeyini daha da gücləndirəcək” MÜNASİBƏT
""Bakı-2015" Avropa Oyunları "Avropa Mayakı"na çevriləcək, Odlar Yurdu Azərbaycan günəş kimi dünyaya işıq saçacaq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü Gülnar Əmiraslanova deyib.
GB-nin üzvü ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərin beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək deyib ki, ölkəmiz yenidən möhtəşəm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır: "İlk dəfə keçiriləcək yarışlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən ən böyük etimaddır. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması həm də ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə xidmət göstərir. İlk Avropa Oyunlarının idmançıları da daxil olmaqla ölkəmizə gələn minlərlə qonağa Azərbaycandakı güclü iqtisadi inkişafın, müxtəlif sahələrdə əldə edilən uğurların və ideal tolerantlıq mühitinin şahidi olmalarına hər cür imkan yaradılacaq. Bu olduqca biz gənclər üçün sevindirici və olduqca qürurvericidir. Ölkəmizdə keçiriləcək oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı möhtəşəm gündə bütün dünya Azərbaycanın sosial-siyasi, iqtisadi, tarixi, mədəni, idman sahələrində olan inkişafını bir daha şahidi olacaq. Avropa ölkələrinə əyani sübut olmaqla yanaşı, güclü, inkişaf edən Azərbaycan dövlətinin varlığı özünü bir daha təsdiq edəcək. Bu oyunlar Azərbaycana qazandıracağı iqtisadi, siyasi dividendlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, ölkəmizdə idmanın inkişafı qarşısında yeni üfiqlər açılacaq, gənc nəslin sağlam yetişməsində mühüm rol oynayacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB