Avropa Parlamentində FİFA müzakirə olunub

Avropa Parlamentində FİFA müzakirə olunub

Avropa Parlamentində FİFA haqqındakı sui-istifadə halları müzakirə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin Strasburqdakı Baş Məclisinin iclasında baş tutan müzakirələrdə, FİFA haqqındakı sui-istifadə hallarının idmanla əlaqədar olan təşkilatlara qarşı etibarı sarsıtdığı və təşkilatlarda ciddi dəyişikliklərin qaçınılmaz olduğu dilə gətirilib. Müzakirələrdə FİFA-nın quruluşu, idarəçilərin səlahiyyətləri, seçki üsulunun təcili olaraq dəyişməsi və təşkilatların korrupsiya ilə mübarizə çərçivəsində şəffaflaşmasının lazım olduğu ifadə edilib. Bundan başqa, Avropa Parlamentində FİFA ilə əlaqədar qərar layihəsinin də səs verməyə təqdim ediləcəyi bildirilib. Qanunda, iddiaların qlobal mənada futbola ciddi mənada zərər verdiyi qeyd edilərək, iddialarla əlaqədar bütün səlahiyyətli təşkilatların üzərinə düşəni edəcəyi vurğulanıb. Geniş miqyasda istintaqın davam etdirməsi də ifadə olunub. FİFA prezidenti Zepp Blatterin istefasının da məmnuniyyətlə qarşılandığı mətndə, FİFA idarə heyətinə isə daha şəffaf olma mövzusunda xəbərdarlıq edilib. Mətndə, Qatarda 2022-ci ildə keçiriləcək Dünya Kuboku üçün inşa edilən stadion tikintisi zamanı qeydə alınan işçilərin ölümü xüsusi qeyd olunub. Beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən ölkələrin beynəlxalq səviyyədə insan hüquqlarına hörmət etməsinin lazım olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə