İsrail prezidentindən təbrik məktubu

İsrail prezidentindən təbrik məktubu

İsrail prezidenti Reuven Rivlin Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, R. Rivlinin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Zati-alinizə rifah, xalqınıza və ölkənizə davamlı inkişaf arzu edirəm. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin"

Bütün xəbərlər Facebook səhifəmizdə