"Bu gün Arif Hacılının partiyasında qalmaqda davam edən insanlarda artıq oyanma prosesi baş verir". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy son günlər Müsavat partiyasında baş verən kütləvi istefalara münasibət bildirərkən deyib.
ADR rəsmisinin sözlərinə görə, partiyada olan insanlar oyandıqca, dərk etdikcə saxtakar Arif Hacılının ətrafından da çəkiləcəklər: "Bu gün Müsavat partiyasında vəsiqə alveri ortada olduğuna görə, orada olan insanlar həmin hadisəni ağrılı qəbul edirlər və öz ləyaqətlərinə sığışdırmırlar. Təbii ki, bu proses davam edəcək. Parlament seçkiləri ərəfəsində A.Hacılının bütün sifətləri tam eybəcərliyi ilə ortaya çıxacaq. Özünə hörmət qoyan hər hansı bir şəxs Müsavat partiyasında, Hacılı başqanlığında qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB